ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları üçüncü həftəsinə daxil olub.
Milli.Az xəbər verir ki, davam edən hava zərbələri nəticəsində Tehran və digər şəhərlərdə ciddi dağıntılar qeydə alınıb, ölkənin hərbi və siyasi rəhbərliyində böyük itkilər olduğu bildirilir. Müharibə başlayandan bəri ümumilikdə 41 yüksək vəzifəli şəxsin öldürüldüyü açıqlanıb.
Həmin şəxslərin siyahısını təqdim edirik
Əli Xamenei - İran İslam Respublikasının Ali Rəhbəri, Ali Baş komandan;
Əli Laricani - Ali Milli Təhlükəsizlik Şurasının katibi;
Əli Şamxani - Müdafiə Şurasının katibi (kontr-admiral), orduya və İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) nəzarət edən şəxs;
Məhəmməd Pakpur - SEPAH Quru Qoşunlarının komandanı (general-mayor);
Əbdülrəhim Musəvi - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi (general-mayor);
Əziz Nəsirzadə - İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri (briqada generalı);
Məcid İbn-e-Rza - müdafiə və silahlı qüvvələrə dəstək naziri (briqada generalı);
Məhəmməd Şirazi - Ali Rəhbərin hərbi ofisinin rəhbəri (briqada generalı);
Hüseyn Cabal Amelian - Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatının (SPND) nüvə proqramının rəhbəri (briqada generalı);
Reza Mozaffari-Niya - SPND-nin keçmiş rəhbəri, nüvə başlıqları üzrə mütəxəssis (briqada generalı);
Mohsen Dərrəbagi - Baş Qərargahın logistika üzrə müavini (briqada generalı);
Qulamrza Reyzian - polis kəşfiyyatı (briqada generalı);
Bəhram Hüseyni Motlaq - Baş Qərargahın əməliyyat planlaşdırması idarəsinin rəisi (briqada generalı);
Məhəmməd Baseri - MİS-in xaricdəki terror əməliyyatları üzrə baş kəşfiyyat zabiti;
Saleh Əsədi - "Xatəm əl-Ənbiya" hava hücumundan müdafiə qərargahının kəşfiyyat idarəsinin rəisi;
Qulamrza Süleymani - SEPAH-ın "Bəsic" bölməsinin komandiri (briqada generalı);
Əsədullah Bədfar - Baş Qərargahda "Bəsic" bölməsinə cavabdeh idarənin rəisi (general);
Əbu əl-Qasım Babaian - Ali Rəhbərin hərbi bürosunun zabiti (briqada generalı);
Abdullah Cəlali-Nəsab - Baş Qərargahda hava hücumundan müdafiə üzrə kəşfiyyat zabiti;
Əmir Şəriət - hava hücumundan müdafiə kəşfiyyatı üzrə zabitin müavini;
Mehdi Rəbbani - SEPAH Hərbi Hava Qüvvələri komandanının müavini (briqada generalı);
Əli Rza Təngsiri - İran Hərbi Dəniz Qüvvələrinin komandanı (kontr-admiral);
Fereydun Abbasi - İran Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri;
Məhəmməd Mehdi Tehrançi - nüvə proqramı üzrə fizika mütəxəssisi;
Əhməd Xocastə - SEPAH-ın raket briqadasının komandiri (polkovnik);
Hüseyn Salami - SEPAH-ın komandiri (general-mayor);
Kiyameddin Sadeqi - SEPAH-ın kəşfiyyat üzrə müavini (briqada generalı);
Morteza Merrici - SEPAH-ın kiber komandanlığı (briqada generalı);
Həsən Mohaghegh - SEPAH Hərbi Hava Qüvvələrinin zabiti (briqada generalı);
Əmir Əli Hacızadə - SEPAH aerokosmik qüvvələrinin zabiti (briqada generalı);
Yadollah Cervi - Hərbi Dəniz Qüvvələri komandanının müavini (kontr-admiral);
Mohsen Hacızadə - Tehranın hava hücumundan müdafiəsinə cavabdeh komandan (polkovnik);
Abbas Nilipur - SEPAH-ın 14-cü diviziyasının komandiri (briqada generalı);
Seyid Məcid Musəvi - Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin kiber bölməsinin zabiti (polkovnik);
Fərhad Şirzadi - SEPAH-ın Xüsusi Təyinatlı Qüvvələrinin rəisi (briqada generalı);
Rza Şahidsales - SEPAH-ın raket logistikası bölməsinin zabiti (polkovnik);
Mehdi Baqeri - Xameneinin təhlükəsizlik üzrə keçmiş müşaviri (briqada generalı);
Əli Fədavi - SEPAH komandanının Hərbi Dəniz Qüvvələri üzrə müavini (kontr-admiral);
Hüseyn Həmdani - Xameneinin Suriya üzrə müşaviri (general-mayor);
Cəlal Hacızadə - SEPAH-ın Raketdən Müdafiə Qüvvələrinin rəisi (briqada generalı);
Məhəmməd Kazemi - Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin İsrail üzrə kəşfiyyat zabiti (polkovnik).
Fidan
Milli.Az





