Üzüyündən tanındı - İsrail görüntüləri yaydı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsrailin hava zərbəsi nəticəsində öldürülən İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricaninin üzüyü vasitəsilə tanındığı iddia edilir. Evində olduğu zaman bombaların hədəfinə çevrilən Laricaninin dağıntılar altında qalmış fotoları dünya mediasında paylaşılıb.
Milli.Az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, Əli Laricani Tehranın Pərdis bölgəsindəki evində hücuma məruz qalıb. Hücum nəticəsində Laricani ilə birlikdə oğlu Murtuza, müavini Əlirza Bəyat, Şura əməkdaşları və bir neçə mühafizəçisi həyatını itirib.
İsrailin "YNet" nəşri və İsrail ordusunun rəsmi Telegram kanalları Laricaninin əli olduğu iddia edilən bir foto paylaşıb. Məlumata görə, cəsəd tanınmaz halda olsa da, Laricanin barmağındakı məşhur üzüyü onun kimliyini təsdiqləməyə imkan verib.
1958-ci ildə Nəcəfdə doğulan Laricani İranın ən nüfuzlu siyasi sülalələrindən birinə mənsub idi. Onun karyerası elm və siyasətin kəsişməsində formalaşmışdı.
Şərif Texnologiya Universitetində riyaziyyat üzrə təhsil alıb, sonradan Qərb fəlsəfəsi (xüsusilə İmmanuel Kant yaradıcılığı) üzrə doktorluq dərəcəsi qazanıb.
Mədəniyyət naziri, Radio və Televiziya Qurumunun rəhbəri və 12 il boyunca (2008-2020) İran Parlamentinin sədri vəzifələrində çalışıb.
2005-ci ildə Milli Təhlükəsizlik Ali Şurasının katibi kimi İranın nüvə proqramı üzrə baş müzakirəçisi olub.
2025-ci ilin avqustunda yenidən Milli Təhlükəsizlik Ali Şurasının baş katibi təyin edilərək ölkənin təhlükəsizlik strategiyasının əsas memarlarından biri olmuşdu.
Laricani Ayətullah Əli Xameneinin ən çox etimad göstərdiyi dövlət xadimlərindən biri hesab olunurdu.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tbilisidə binada partlayış - 4 nəfərin meyiti çıxarılıb
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır
-
Baqrat Qalstanyanın ev dustaqlığı uzadıldı
-
Avropa Komissiyasına kiberhücum: Şəxsi məlumatlar təhlükə altına düşdü
-
“Santa Barbara”nın aktyorunu maşın vurub öldürdü
-
Pakistanda dəhşətli qəza: Avtobus yanacaq çəni ilə toqquşdu, 10 nəfər öldü
XƏBƏR LENTİ
-
Vəkil Orxan Kəngərli həbs olunub - Yenilənib
-
Kvaratsxeliya "ilin adamı" seçildi
-
Tbilisidə binada partlayış - 4 nəfərin meyiti çıxarılıb
-
8 saatlıq yuxu qaydası dəyişir
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Məhəmməd Musayev Özbəkistanda bürünc medal qazandı - (Foto)
-
Abel Məhərrəmov Məleykə Abbaszadədən danışdı
-
Bakıda iki gün bəzi yollarda hərəkət məhdudlaşdırılacaq, 6 marşrutun sxemi dəyişəcək
-
Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib - (Foto)
-
Badamdarda yaşayanlar təhlükədə: Obyektlərin fəaliyyəti dayandırıla, sakinlər təxliyə edilə bilərlər
-
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
-
Ermənistan Alban irsini özününküləşdirərək UNESCO-ya daxil etmək istəyir - təxribat
-
Hövsanda su problemi nə vaxt həll olunacaq?
-
Qış gəlir: Avtomobilinizin bu 5 hissəsini yoxlamasanız, yolda qala bilərsiniz
-
Bakıda kanalizasiyaya düşərək ölən gəncin işi üzrə vəzifəli şəxsə hökm oxundu
-
Abşeron xəstəxanasında həkimlə bağlı iddiaya rəsmi açıqlama
-
Bakıda bəy xına məclisinə kosmonavt geyimində gəldi (Video)
-
BDU-nun dosentinin intiharından əvvəl yazdığı məktub üzə çıxdı
-
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - (Foto)
-
Bakıda küləyin sürəti 28 m/san-yə çatacaq - Xəbərdarlıq
-
Tanınmış xanəndənin anası ilə oğlu ilk dəfə efirdə (Video)
-
265 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
-
Ermənistanda dövlət qulluqçularına sosial paket verilməsi dayandırılır





