Dünya

İran Riyada hava zərbələri endirdi: Regionda müharibə alovlanır

18 Mart 2026 22:28
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran neft emalı zavodlarının ABŞ və İsrail tərəfindən vurulmasından sonra Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərə qisas zərbələri endirəcəyi barədə xəbərdarlığından sonra hərəkətə keçib. 

Milli.Az xəbər verir ki, İran Səudiyyə Ərəbistanının paytaxtı Riyada çox sayda pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib. Səudiyyə hava hücumundan müdafiə sistemləri PUA-ların bir hissəsini havada məhv etsə də, hücumlar hərbi bazalarda və kritik enerji xətlərində böyük hərəkətliliyə səbəb olub.

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin şərq bölgəsinə atılan 2 ballistik raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib. Tehran rəhbərliyi isə ABŞ-yə dəstək verən region ölkələrini xəbərdar edərək, hücumların davam edəcəyi mesajını verib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.