İdman

“Barselona” “Nyukasl”ı darmadağın etdi

19 Mart 2026 00:04
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Barselona" öz meydanında İngiltərənin "Nyukasl" klubunu qəbul edib.

Milli.Az xəbər verir ki, ilk oyunda qeydə alınan 1:1 hesablı heç-heçədən sonra "Kamp Nou"da əsl qol şousu yaşanıb.

Belə ki, Kataloniya təmsilçisi rəqibini 7:2 hesabı ilə darmadağın edərək adını növbəti mərhələyə yazdırıb.

"Barselona"nın heyətində qolları Rafinya (2), Robert Levandovski (2), Bernal, Lamin Yamal və Fermin Lopes vurublar. Gənc ulduzların və təcrübəli hücumçuların effektiv oyunu sayəsində "Barselona" rəqibinə heç bir şans tanımayıb.

Bu qələbə ilə 1/4 finala yüksələn "Barselona"nın növbəti rəqibi də artıq müəyyənləşib. Onlar bu mərhələdə "Tottenhem"i ümumi hesabda məğlub edən (ilk oyun 2:5) "Atletiko Madrid"lə qarşılaşacaqlar.

Xatırladaq ki, "Nyukasl" bundan öncəki pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıraraq, "Barselona"ya rəqib olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.