Cəmiyyət

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

18 Mart 2026 21:44
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər.

Milli.Az xəbər verir ki, qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar.

Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata"nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.

Qonaqlar yarmarka ərazisində təşkil olunan əyləncə məkanına da baş çəkib, hədiyyəli yarışda özlərini sınayıblar.

Alena Əliyeva ziyarətçilər və iştirakçılarla şəkillər çəkdirib, ona hədiyyələr təqdim olunub.

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.