Azərbaycanda bələdiyyə sədri vəfat edib.
Milli.Az-ın xəbərinə görə, Ağcabədi rayonu Sarıcalı, Taynaq və Poladlı kənd Bələdiyyəsinin sədri Namiq Salahov 64 yaşında dünyasını dəyişib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Salahov Namiq Dostu oğlu 1961-cı il iyunun 26-da Ağcabədi rayonunun Sarıcalı kəndində anadan olub.
1977-ci ildə Sarıcalı kənd orta məktəbini bitirib. Ali təhsilini başa vurduqdan sonra - 1981-ci ilədək Sarıcalı kənd Mədəniyyət evinin direktoru işləyib.
1983-1988 illərdə Ağcabədi Rayon İstehlak Cəmiyyətində (RAYPO) çalışıb.
Azərbaycanda bələdiiyyələr yarandığı gündən Sarıcalı Bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Son bir ildə Sarıcalı, Taynaq və Poladlı Bələdiyyəsinin (birləşdirilmiş bələdiyyə) sədri olub./yenisabah
Milli.Az





