Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib.
Milli.Az xəbər verir ki, paylaşımda deyilir:
"Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir".
Milli.Az





