İqtisadiyyat

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır

23 Oktyabr 2025 16:40
Baxış: 540
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.

Milli.Az xəbər verir kİ, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur.

Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.