Ölkə

Gəncədə dönərdən zəhərlənənlərin valideynləri DANIŞDI - VİDEO

11 Dekabr 2025 01:09
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

8 məktəbli dönərdən zəhərlənib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə ötən axşam Gəncədə qeydə alınıb.

Şöbəyə hospitalizasiya olunan xəstələrə mədə-bağırsaq sisteminin iltihabı diaqnozu təyin edilib.

Valideynlərin əksəriyyəti azyaşlıları bu cür qidalardan qorumağa çalışdıqlarını bildirirlər. Onlar iddia edirlər ki, uşaqlar valideynlərdən xəbərsiz bu qidanı alıblar.

Məktəblilərin dönər aldığı kafenin sahibi isə iddia edir ki,  zəhərlənmənin baş verməsinə səbəb məhsulun düzgün istehlak edilməməsidir.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə AQTA tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalar aparılır. Agentliyin müfəttişləri hadisənin baş verdiyi "Nur" dönərxanasına baxış keçirib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, dönərxananın fəaliyyəti dayandırılıb.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.