"Səhər 5-də "önə keç əndamın görünsün" mesajı yazan biri necə Baş redaktor ola bilər?"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İstanbul Cumhuriyyət Başsavcılığı tərəfindən aparılan narkotik istintaqı nəticəsində Habertürk TV-nin keçmiş baş redaktoru Mehmet Akif Ersoy, eləcə də Mustafa Manaz, Ufuk Tetik və Ebru Gülan məhkəmə qərarı ilə həbs olunub.
Milli.Az xəbər verir ki, şübhəlilərin özəl məkanlarda narkotik istifadəsinə şərait yaratdıqları və qadınlarla bağlı etik xarakterli pozuntular üzərindən maddi və sektorial üstünlük əldə etdikləri iddia olunur.
Həbs qərarının ardından TMSF Ersoyu vəzifədən uzaqlaşdırdığını açıqlayıb. Habertürk rəhbərliyi qərarın istintaq prosesinin normal aparılması məqsədilə verildiyini bildirib.
Hadisə ilə bağlı diqqətçəkən açıqlama isə kanalın keçmiş aparıcısı Nur Köşkerdən gəlib. Nur Köşker Ersoyun ona qarşı uzun müddət peşə mühitində təzyiq göstərdiyini və etik olmayan davranışlara yol verdiyini iddia edərək həmin dövrdə işindən ayrılmaq məcburiyyətində qaldığını açıqlayıb. O, özünü təhlükəsiz hiss etmədiyi üçün bu barədə uzun müddət danışmadığını bildirib.
"Uzun müddət davam edən təcavüz prosesi vardı. Baş redaktor vəzifəsinə gətirilən kimi məni efirdən kənarlaşdırmaqla hədələməyə başladı. "Ya bu iş belə davam edər, ya da masada oturub xəbər yazarsan" dediyi üçün istefa verib kanaldan uzaqlaşdım. O gün bu cümləni deyəcəyini bilsəydim, mütləq həmin otağa telefonumun səs yazısını açaraq girərdim. Hamıya "Məndən redaktorluq etməyimi istədi, mən də qəbul etmədim, ona görə işdən ayrıldım" dedim. Məsələ mənim xaricimdə yayılmağa başlayanda yavaş-yavaş yaxın çevrəmlə bu barədə danışmağa başladım. Səhər saat 5-də "Əndamını masanın arxasında gizlədiblər, rejissora de, LED-in önünə keç" deyə mesaj atan biri Baş redaktor ola bilər? Mən bunu utanaraq yazıram, o isə utanmırdı. Bu mesajı atanda əynimdə ətək vardı. LED-in önünə keçməyimi istəməsinin səbəbi də bu idi", - o fikrini yekunlaşdırıb.
Qeyd edək ki, hadisədən bir neçə gün əvvəl televiziya aparıcıları Ela Rumeysa Cebeci, Hande Sarıoğlu və Meltem Acet də eyni iş üzrə ifadə vermiş, tibbi testlərdən sonra sərbəst buraxılmışdı.
TCK-nın 188 və 191-ci maddələri üzrə aparılan araşdırma davam edir. Prokurorluq əldə olunan rəqəmsal məlumatların analizindən sonra yeni şəxslərin də ifadəyə çağırıla biləcəyini istisna etmir.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq





