Paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində kütləvi dava baş verib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insident axşam saatlarında qeydə alınıb.
10-a yaxın şəxs əlbəyaxa dava edib.
"Burada davadır, öldürürlər bir-birilərini. Evimizə daxil ola bilmirik", - deyə görüntüləri qeydə alan şəxs bildirib.
Əldə etdiyimiz məlumata görə, həmin ərazidə mövcud olan hasar toplanan yağış suyunun axınını məhdudlaşdıraraq küçəni bağladığı üçün sakinlər arasında narazılıq yaranıb. Bu səbəbdən sakinlərin qonşulardan birinə məxsus hasarı sökməyə cəhd etdiyinə görə aralarında mübahisə yaranıb. Tərəflər arasında baş verən mübahisə araşdırma predmetidir. Polis əməkdaşlarının müdaxiləsi ilə tərəflər intizama dəvət olunub və onlara müvafiq izahlar verilib.
Milli.Az





