Rusiyanın"Dinamo" klubunda çıxış edən Azərbaycan əsilli futbolçu Ülvi Babayev Samaranın "Krılya Sovetov" klubuna qarşı keçirdikləri oyunda het-trikə imza atıb.
Miklli.Az xəbər verir ki, o, dünən baş tutan Rusiya Kubokunun oyunu çərçivəsində Babayev matçın 22, 71 və 78-ci dəqiqələrində fərqlənib.
Qarşılaşma "Dinamo"nun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 21 yaşlı Ülvi 2021-ci ildən Moskva "Dinamo"sunun formasını geyinir. /Offsideplus.az
Milli.Az