Ölkə

Şəhidin büstü üzərindəki gülləri oğurlayan qadın tapıldı - FOTO

23 Oktyabr 2025 22:52
Baxış: 458
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətən müharibəsi şəhidi, kapitan Həmid Cəfərlinin yaşadığı evin qarşısında büstü üzərindəki güllər oğurlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilir ki, bir neçə dəfə təkrarlanan hadisədən sonra ailə təhlükəsizlik kamerası quraşdırıb. Nəticədə görüntülərdən gülləri aparan şəxsin təxminən 65-70 yaşlı qadın olduğu müəyyən edilib.

Şəhidin ailəsi həmin qadından şikayətçi olmayıb.

Əldə etdiyimiz məlumata görə, Vətən müharibəsi şəhidi, kapitan Həmid Kərim oğlu Cəfərlinin büstü üzərindəki gülləri oğurlayan 1952-ci il təvəllüdlü, Xətai rayon sakini olan qadın müəyyən edilib.

Polis əməkdaşları onun psixi sağlamlıq vəziyyətini nəzərə alaraq müvafiq profilaktik iş aparıb və onu ailə üzvlərinə təhvil veriblər.

Qeyd edək ki, kapitan Həmid Kərim oğlu Cəfərli 5 oktyabr 2020-ci ildə Füzuli rayonunun Pirəhmədli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Hərbi Memorial Məzarlıqda dəfn olunub.

Ölümündən sonra Prezidentin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" , "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.