Şou-biznes

“Onun günahı yoxdur” - 5 min təzminat ödədi

23 Oktyabr 2025 17:42
Baxış: 799
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, ifaçısı Natiq Nuriyev müğənni Vüqar Muradovu məhkəməyə verib və 50 min təzminat istəyib.

Məlumata görə məhkəmə prosesi yekunlaşıb. N.Nuriyev məhkəmədə qalib gəlib. V.Muradov ona 5500 manat təzminat ödəyib. 

V.Muradov məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, musiqiçi haqda dediklərində yanılıb:

"Bakı Apellyasiya Məhkəməsinin 07.10.2024-cü il tarixli, 2(103)-4530/2024 saylı icra vərəqinə əsasən üzərimə Nuriyev Natiq Firuddin oğlundan yazılı şəkildə üzr istəməklə onun barəsində yayılmış məlumatlar haqqında təkzib vermək vəzifəsi qoyulub. Dövlıtin adından çıxarılan məhkəmə qərarına hörmətlə yanaşmaqla Nuriyev Natiq Firuddin oğlundan yazılı şəkildə üzr istəməklə onun barəsində yayılmış məlumatları təkzib edirəm. 

Yalnış anlamışam. Məhkəmə prosesində Natiq Nuriyev danışdı, Elçin Cəlilovu narkotikə qurşandırmadığını dedi. O da dedi ki, burada mənim günahım yoxdur. Mən də doğrunu bildim, fikirlərimi təkzib edirəm. Natiq Nuriyevin sözlərinə inandım. Elçin Cəlilovun narkotikə qurşanmasında Elçin Cəlilovun heç bir günahı yoxdu".

Qeyd edək ki, Vüqar "Elçin Cəlilovu narkotikə öyrəşdirən musiqiçi Natiq Nuriyevdir. Bunu çəkinmədən deyirəm, qorxacaq heç nə yoxdur. Sadəcə, efirdə adını açıqlamaq istəmədim" açıqlamasını vermişdi. O, daha sonra açıqlamaısnda həmin şəxsin N.Nuriyev olduğunu deyib. Musiqiçi müğənnini məhkəməyə verərək, ondan 50 min təzminat istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.