Cəmiyyət

ARB 24 beynəlxalq əlaqələrini genişləndirir - FOTO

8 Dekabr 2025 22:11
Baxış: 223
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24 telekanalı ilə Birləşmiş Ərəb Əmirliklərinin Viory beynəlxalq informasiya agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənədə Viory-nin baş meneceri Zulayho Siddikova və telekanalın direktoru Radik İsmayılov imza atıblar.

Memoranduma əsasən, tərəflər arasında əməkdaşlıq qurulacaq və informasiya mübadiləsi həyata keçiriləcək. Viory-nin baş ofisi Abu-Dabidə yerləşir. Dünyanın əksər regionlarında nümayəndəlikləri var. Agentlik Qlobal Cənubun səsinin dünyaya çatdırılmasını özünün əsas missiyası elan edib.

Memoranduma əsasən, tərəflər bir-birlərini informasiya ilə təmin edəcəklər. Gələcəkdə birgə kontentin yaradılması da nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.