Bununla yanaşı, LinkedIn auditoriyasının əksər hissəsini beynəlxalq istifadəçilər təşkil edir. Saytın istifadəçi bazasının yalnız üçdə bir hissəsi (100 milyon) ABŞ-ın payına düşür ki, onlar da iş axtaranlar, insan resursları mütəxəssisləri və müxtəlif sahələrin digər peşəkarlarından ibarətdir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, LinkedInın baş vitse-prezidenti DipNişarın sözlərinə görə, sosial şəbəkənin internet trafikinin yarıdan çoxunusmartfonlar təşkil edir. İştirakçılarımız Kosta-Rika, Malayziya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya daxil olmaqla onlarla yerdə yaşayır və onlar fərdi kompüterlərdən daha çox mobil qurğulardan istifadə edirlər, - o vurğulayıb. Vitse-prezident onu da əlavə edib ki, hər gün smartfon və planşetlərdən 15 milyon profil və 1,45 milyon vakansiyaya baxılır, 200-dən çox ölkədə 44 min iş elanı dərc edilir.
LinkedInıninfoqrafikasına əsasən, sayt istifadəçilərinin təxminən 56 faizi kişilər, 44 faizi qadınlardır. Saytda aktivliyinə görə ABŞ-dan sonra ikinci yeri Hindistan tutur. Üçüncü yerdə Braziliya (5 il əvvəl bu ölkə ümumiyyətlə ilk beşlikdə yer almayıb), dördüncüdə Böyük Britaniya, beşincidə Kanada qərarlaşıb.
Ötən ay LinkedIn rəhbəri CeffVeyner2014-cü il üçünABŞ-ın nəhəng şirkətləri arasında ən yaxşı baş direktor seçilib. Reytinq Glassdoor şirkəti tərəfindən əməkdaşlar arasında aparılan sorğunun nəticələrinə əsasən tərtib olunub.
Milli.Az