Hamı edir, amma noutbukunuzun ən böyük düşməni bu vərdişdir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün bir çox insanın ortaq vərdişi var: noutbuku gün boyu adapterə qoşulu şəkildə işlətmək, film izləmək və ya iş görmək. Texnologiya inkişaf etdikcə bu davranışın mənfi təsiri azalsa da, hələ də cihazın batareyası üçün ciddi təhlükə yaradır.
Milli.Az xəbər verir ki, Virginia Tech və digər texnologiya universitetlərinin məzunları bildirir ki, müasir noutbuklar artıq köhnə modellər kimi "həddindən artıq şarj" olmur.
Cihazın batareyası tam dolduqda, enerji axını avtomatik şəkildə kəsilir və sistem birbaşa elektriklə işləməyə keçir. Yəni cihazın "partlaması" və ya "zədələnməsi" kimi bir təhlükə yoxdur.
Lakin istilik hələ də noutbuk batareyalarının əsas düşmənidir.
Əgər noutbuk şarjda olarkən uzun müddət yüksək güclə - məsələn, oyun oynayarkən və ya video montaj edərkən - istifadə edilirsə, batareya çox isinməyə başlayır. Bu da lityum-ion batareyaların ömrünü xeyli qısaldır.
Enerji sistemləri üzrə mütəxəssis Dr. Chen Liu bildirir: "Batareyalar yüksək temperaturda daha tez qocalır. Buna görə də noutbuk şarjdaykən istifadə olunursa, onun yaxşı havalandırıldığından əmin olmaq çox vacibdir."
Mütəxəssislər bildirir ki, batareyanın hər zaman tam dolu saxlanılması da onun uzunömürlülüyünü azalda bilər.
Bir çox yeni noutbuk modellərində artıq "maksimum şarj səviyyəsini 80%-lə məhdudlaşdır" funksiyası mövcuddur.
Apple, Lenovo, Asus kimi markalar bu funksiyanı xüsusilə noutbuku masaüstü rejimdə daima adapterdə saxlayanlar üçün tövsiyə edir.
Noutbuku daim şarjda istifadə edənlərin etdiyi ən böyük səhvlərdən biri onu yataq və ya yumşaq səthlərdə işlətməkdir. Bu, hava axınını məhdudlaşdırır və batareyanın temperaturunu artırır.
Sadə bir soyutma dayağı və ya sərt masa səthi belə, batareyanın ömrünü nəzərəçarpacaq dərəcədə uzada bilər.
Bundan başqa, ucuz və orijinal olmayan adapterlər yalnız enerji balanssızlığı yaratmır, həm də həddindən artıq isinməni artırır. Orijinal enerji bloku isə batareya qoruma sisteminin düzgün işləməsini təmin edir.
Noutbuku daim adapterdə saxlamaq artıq əvvəlki kimi təhlükəli olmasa da, bunu ağıllı şəkildə etmək lazımdır:
- Şarjda olarkən yaxşı havalandırma təmin edin,
- Bəzən batareyanı 30-40%-ə qədər boşaldın,
- Mümkünsə, şarj həddini 80%-də saxlayın.
Mütəxəssislərin sözlərinə görə: "Noutbuk batareyaları insanlar kimidir - daim tam gücü ilə işləsələr, tez yorulurlar."
Yəni cihazınızı vaxtaşırı "dincəltmək", həm performansı, həm də batareya ömrünü qorumağın ən təsirli yoludur.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"
-
İnstaqram və Tiktok istifadə edənlər izlənilir - Bu funksiyanı dərhal söndürün
-
Apple-ın yeni telefonunda ciddi səhv – Qiymətlər sürətlə düşür
-
Bakıdan Qazaxa 55 dəqiqəyə çatır - Dünyada ilk belə avtomobil
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
XƏBƏR LENTİ
-
Az zəhmətlə bol məhsul və gəlir gətirən 5 meyvə ağacı
-
Mərkəzi Bankın səlahiyyətləri artırıldı
-
Evlilik təklifi edən gənci hər kəsin içində pərt etdi (Video)
-
Bakıda sürücü sükan arxasında öldü
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqlənib
-
Azərbaycan və Özbəkistan arasında pensiya təminatı haqqında saziş təsdiqlənib
-
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 70 qəpik
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
Saxlanılan sabiq icra başçısının məhkəməsi başlayır
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
-
Rəqsanənin qızı Yana əməliyyatdan sonra bədən quruluşunu nümayiş etdirdi - (Video)
-
Evlərimizdə gizlənən təhlükə: Bu əşyaların içində civə var
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Azərbaycan millisi İraqla qarşılaşacaq
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Media və Yayım Şurası din xadimləri ilə bağlı məlumatları təkzib etdi
-
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
-
Aşıq Zülfiyyə: “Boşanmalarda 99% qız tərəfi günahkardır”
-
“Bavariya”da ciddi itki





