Texnologiya

LinkedIn işini yaxşılaşdırır

3 Avqust 2013 23:42
0 Şərh     Baxış: 649
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
LinkedIn peşəkar sosial şəbəkəsi bu gün rüblük hesabatını dərc edib. Nəticə bazar gözləntilərindən yaxşı olub və onun səhmlərinin qiyməti 8% artıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, dərc edilmiş məlumatlara əsasən, cari rübdə 367-373 milyon dollar dəyərində gəlir gözlənilir. İnvestorlar deyiblər ki, istifadəçi bazasının artması çox yaxşı göstəricidir, lakin bunu pula çevirməyi də bacarmaq lazımdır. Sosial şəbəkənin auditoriyası hazırda 238 milyona bərabərdir.

30 iyunda başa çatmış hesabat dövründə şirkətin mədaxili 59% artaraq 363,7 milyon dollar olub.

LinkedIn sosial şəbəkəsinin istifadəçi bazası bir il ərzində 36% artıb. Bu ilin ikinci rübündə şirkətin xalis gəliri 33% artaraq 3,73 milyon dollar olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.