Texnologiya

Vatsapda daha bir YENİLİK: artıq zənglərdə...

21 Oktyabr 2024 20:36
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vatsapda zənglərin təşkili ilə bağlı yeni funksiya var.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "WABetaInfo" məlumat yayıb.

Belə ki, istifadəçilər mesaj daxiletmə sahəsinin yanındakı xüsusi bölmədə zəng linkləri yarada biləcəklər. Bu, insanları həm audio, həm də video zənglərə dəvət etməyə imkan verəcək. Yaradılmış keçidlər cari söhbətdə və ya digər pəncərələrdə paylaşıla bilər.

Qeyd olunur ki, bu funksiya iOS əməliyyat sistemi əsasında qurulmuş qurğular üçün tətbiqin beta versiyalarında əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.