Texnologiya

Rusiyalılara məhdudiyyət: "Google"da hesab yarada bilmirlər

26 Sentyabr 2024 19:07
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalılar artıq "Google"da hesab yarada bilmirlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi bu məlumatı təsdiqləyib.

Məlumata görə, "Google" şirkəti Rusiya vətəndaşları üçün yeni hesabların yaradılmasını məhdudlaşdırıb. Eyni zamanda, əvvəllər yaradılmış hesablar üçün SMS vasitəsilə avtorizasiyanın təsdiqi hələ də işləyir.

Nazirlik "Google" istifadəçilərinə öz məlumatlarının ehtiyat nüsxələrini yaratmağı, həmçinin ikifaktorlu autentifikasiyanın alternativ üsullarına keçməyi (və ya yerli platformalardan istifadə etməyi) tövsiyə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.