Texnologiya

"TikTok"a rəqib gəlir

6 İyun 2024 09:08
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"X" sosial şəbəkəsi istifadəçi seçimlərinə uyğun olaraq axın videolarına baxmağa imkan verəcək platforma yaradır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, çəlumata görə, avqustda məhdud istifadəçi qrupu fərdiləşdirilmiş qısa və uzun videolara baxmaq, həmçinin onlayn yayımlar aparmaq funksiyası ilə yeni platformanın beta versiyasını sınaqdan keçirə biləcək.

Bildirilib ki, yeniliklərin tətbiqi ideyası "Twitter"in 2016-cı ildə bağladığı "Vine"ı geri qaytarmaq cəhdidir. Sosial şəbəkə istifadəçiləri bu dəyişikliyi "TikTok"a bənzədiblər.

Mövcud məlumata görə, bu yay "X" sosial şəbəkəsi "Smart TV" ekranlarında videolara baxmaq üçün proqram da təqdim edəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.