Texnologiya

“WhatsApp” iki yeni funksiya - FOTO

3 May 2024 09:35
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" tərtibatçıları "İcmalar" daxilində qarşılıqlı əlaqəni asanlaşdıran iki yeni funksiya təqdim ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə şirkətin bloqunda deyilir.

Birinci yenilik "İcma" üzvlərinə tədbirləri birbaşa tətbiqdə elan etməyə, yaratmağa və onları idarə etməyə imkan verən inteqrasiya olunmuş tədbir planlaşdırma vasitəsidir. İndi "İcmanın" hər bir üzvünün tədbirə başlamaq imkanı var, digər üzvləri isə iştirak etməyi seçə bilər.

Qarşıdan gələn tədbirlər haqqında məlumat qrupun səhifəsində mövcud olacaq və tədbirin tarixi yaxınlaşdıqca avtomatik olaraq xatırlatmalar göndəriləcək. Tədbirin idarə edilməsi funksiyası hazırda "İcmaları" olan qruplar üçün mövcuddur və yaxın gələcəkdə bütün qrup çatları üçün əlçatan olacaq.

Tərtibatçılar həmçinin "İcmalarda" administratorların mesajlarına cavablar silsiləsi tətbiq ediblər. Cavablar elə təşkil ediləcək ki, çatda qarışıqlıq minimuma endirilsin. Üstəlik, bu cür cavablar haqqında bildirişlər əvvəlcədən deaktiv edilir, bu da spamın qarşısını alır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.