Texnologiya

“Telegram”da tezliklə 16 yeni funksiya olacaq

16 Aprel 2024 10:47
Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Telegram"ın həmtəsisçisi və baş direktoru Pavel Durov mesencerdə tezliklə 16 yeni funksiyanın görünəcəyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onun sözlərinə görə, yeni funksiyaların əksəriyyəti artıq tətbiqə inteqrasiya olunub, lakin hələ ki istifadəçilər üçün əlçatan deyil.

Durov son yeniləmə ilə birbaşa mesencerdə əlçatan olan stikerlərin yaradılması funksiyasından da danışıb. İndiyə qədər stikerlər yalnız kənar proqramlarda yaradıla bilirdi.

"Telegram" rəhbəri hesab edir ki, 2015-ci ildən mövcud olan stiker platforması yalnız indi həqiqətən demokratikləşib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.