Ölkə

Milli Aviasiya Akademiyası ilə “ASAN xidmət” arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO

20 Noyabr 2025 11:32
Baxış: 303
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Milli.Az xəbər verir ki, Memorandum tərəflər arasında tələbələrin innovasiya yönümlü ekosistemin inkişafını və startap təşəbbüslərinin təşviqini, tədqiqat və təlim layihələrinin birgə həyata keçirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində tələbələr Dövlət Agentliyinin tabe strukturlarının fəaliyyət istiqamətinə uyğun olaraq müxtəlif təlim, mentorluq və inkişaf proqramlarında iştirak edəcək, süni intellekt sahəsində əməkdaşlıq imkanları, startap və pilot layihələrdə təcrübə imkanı əldə edəcəklər. Akademik heyət isə tədqiqat layihələrinə cəlb olunacaq.

Qarşılıqlı əməkdaşlıq tələbələrin praktiki bacarıqlarının artırılması, innovativ ideyaların reallaşdırılması və dövlət xidmətlərinin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.