Dünya

Tramp çoxdan gözlənilən aktı imzaladı - Epşteyn sənədləri açıqlanır - FOTO

20 Noyabr 2025 12:24
Baxış: 339
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilən və Ceffri Epşteyn işinə dair bütün sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən "Epşteyn Şəffaflıq Aktı"nı imzaladığını açıqlayıb.

Milli.Az xəbər verir ki, Tramp bildirib ki, sənədlərin dərc edilməsi xüsusilə Demokrat Partiyanın bir sıra tanınmış simalarının Epşteynlə bağlılığını üzə çıxaracaq. O, keçmiş prezident Bill Klintonun Epşteynin təyyarəsində 26 dəfə uçduğunu iddia edib.

Qanun layihəsi Respublikaçıların çoxluq təşkil etdiyi Konqresin hər iki palatası tərəfindən təsdiqlənib. Bu addım Trampın sənədlərin açıqlanması ilə bağlı əvvəlki mövqeyini dəyişməsindən sonra atılıb.

Epşteyn işi nədir?

2019-cu ildə Manhetten həbsxanasında ölü tapılan milyarder Ceffri Epşteyn 14 yaşdan başlayaraq yetkinlik yaşına çatmayan onlarla qızı cinsi istismarda və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunurdu.

Açıqlanan sənədlərdə Şahzadə Endryu, Bill Klinton, Donald Tramp, Al Qor, Ehud Barak, Kevin Speysi, Maykl Cekson, Devid Kopperfild kimi məşhurların adları keçir.

FTB və ABŞ Ədliyyə Nazirliyi "müştəri siyahısı" ilə bağlı dəlil tapılmadığını və Epşteynin özünü öldürdüyü qənaətinə gəlsə də, onun öldürüldüyü iddiaları gündəmdə qalmaqda davam edir.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.