Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Milli.Az-a verilən xəbərə görə, 2026-cı ilin ilk Günəş tutulması fevralın 17-də baş verəcək.
Bu, tutulma 2008-ci il fevralın 7-də baş vermiş halqavari Günəş tutulmasının təkrarı olacaq. Buna oxşar növbəti tutulma isə 2044-cü il fevralın 28-də baş verəcək.
Qismən tutulma saat 13:56:14-də başlayıb, saat 18:27:30-da sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 31 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 16:11:45-ə təsadüf edəcək və maksimumda davametmə müddəti 2 dəqiqə 20 saniyə olacaq. Mərkəzi tutulma saat 15:42:38-də başlayıb, saat 16:41:21-də başa çatacaq. Ay Yerdən daha uzaq məsafədə olduqda görünən bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında üzüyə bənzər parlaq halqa yaranır. Bu zaman baş verən tutulma halqavari Günəş tutulması adlanır. Ay kölgəsinin orta uzunluğu 373 320 km-dir, lakin 2026-cı il fevralın 17-də Ayın Yerdən məsafəsi 387 663 km təşkil edəcək. Buna görə də Ayın kölgəsi Yer səthinə çatmayacaq. Nəticədə Ay Günəş diskinin yalnız 0,963 hissəsini örtəcək və Günəşin nazik parlaq halqası görünəcək. Halqavari tutulma zamanı Günəşin bu parlaq halqası Günəş tacını (koronanı) və Günəşin yaxınlığında yerləşən ulduzları görməyə imkan vermir.
Halqavari tutulma Antarktida və Hind okeanının cənub akvatoriyasında müşahidə olunacaq. Qismən tutulma fazaları isə demək olar ki, bütün Antarktidada (yalnız Yeni Zelandiya istiqamətinə baxan sahil zolaqları istisna olmaqla), həmçinin Çilinin və Argentinanın cənubunda, Cənubi Afrikada, Madaqaskarda, Botsvananın mərkəzi və cənubunda (qərb və şimal-qərb rayonları istisna olmaqla), Zimbabvedə, Malavidə, Mozambikdə, Tanzaniyanın cənubunda, həmçinin Atlantik okeanının cənub zonasında və Hind okeanının cənub-qərb və cənub hissələrində müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
İlin 2-ci Günəş tutulması 2026-cı il avqustun 12-də baş verəcək.
İlin 2-ci Günəş tutulması 2026-cı il avqustun 12-də baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Buna oxşar növbəti tutulma isə 2044-cü il avqustun 23-də baş verəcək.
Qismən tutulma saat 19:34:01-də başlayıb, saat 23:57:48-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46:06-ya təsadüf edəcək. Mərkəzi tutulma saat 20:57:54-də başlayıb, saat 22:30:01-də başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 320 km-dir. 2026-cı il avqustun 12-də isə Yer və Ay arasındakı məsafə 359 445 km təşkil edəcək. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1,0386 dəfə böyük olacaq. Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində, Avropada müşahidə olunacaq. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniyada və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə olunacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
2026-cı ilin ilk Ay tutulması martın 3-də baş verəcək.
2026-cı ilin ilk Ay tutulması martın 3-də baş verəcək. Bu, tam Ay tutulması olacaq. Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur və səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır. Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır. Yarımkölgəli Ay tutulması saat 12:44:25-də, qismən Ay tutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-da başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma, saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Ay tutulması sona çatacaq.
Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu tutulma 31 dekabr 2028 - 1 yanvar 2029-cu ildə baş verəcək "Qanlı Ay" tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulma prosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
2026-cı ilin 2-ci Ay tutulması avqustun 28-də baş verəcək
2026-cı ilin 2-ci Ay tutulması avqustun 28-də baş verəcək. Bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.
Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Ayan Babakişiyeva: “Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm”
-
Qaradağda avtobus aşdı, yaralılar var - (Video)
-
“Aşk-ı Memnu”nun aktyoru illər sonra – Tanınmaz dərəcədə dəyişib - (Foto)
XƏBƏR LENTİ
-
Kamaləddin Qafarov: İki region arasında yeni əlaqələr məkanı formalaşır
-
Mourinyo 2 futbolçunu "Real"dan göndərir
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıqlar
-
Rusiya ordusu bu ərazilərdən geri çəkilir
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
"Ermənistan və Azərbaycan arasında sülh gerçəkləşmiş faktdır"
-
Kifayət Mustafayeva UEFA-dan təyinat aldı
-
Ayan Babakişiyeva: “Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm”
-
Qaradağda avtobus aşdı, yaralılar var - (Video)
-
Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır
-
İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir
-
Ronaldonun anası: "Bundan şoka düşmüşdüm!"
-
Prezident: Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi
-
Tramp İlon Maskı mükafatlandırdı
-
İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib
-
Rubio: Bu tarixdə İranda böyük fəlakət olacaq
-
“Aşk-ı Memnu”nun aktyoru illər sonra – Tanınmaz dərəcədə dəyişib - (Foto)
-
Kukla Teatrının əməkdaşından şikayət – “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər”
-
Paşinyan Zeynəbin mahnısı ilə video paylaşdı
-
Milli Qəhrəmanın atası vəfat etdi - (Foto)
-
Daha 3 marşrutun hərəkət istiqaməti dəyişdirildi
-
"Polad Bülbüloğlu ilə tapança alıb onu aeroportda qarşılamağa getmişdik"





