Maraqlı

40 kiloluq gəlinlikdə 47 kiloluq gəlinin ÇƏTİN ANLARI - VİDEO

20 Noyabr 2025 12:02
Baxış: 846
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyədə 40 kiloluq gəlinliklə hərəkət edə bilməyən gəlin sosial şəbəkədə gündəm olub.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə Türkiyədə keçirilən toy mərasimlərindən birinə aid görüntülər geniş müzakirəyə səbəb olub.

Kadrda cəmi 47 kiloqram çəkisi olan gəlinin 40 kiloluq ağır gəlinlik geyindiyi görünür.

Ağır libas gəlinin hərəkət etməsini xeyli çətinləşdirib. Hətta görüntülərdə onun yorğunluq və ağırlıq səbəbindən yerə çökərək oturduğu anlar da əks olunub.

İzləyicilər gəlinliyin çəkisini "həddindən artıq" adlandıraraq müzakirələrə başlayıblar. Bəziləri gəlinin belə bir libası daşımasının çətinliyinə diqqət çəkib, digərləri isə bu seçimin toy hazırlıqlarında bəzən həddən artıq şou məqsədi güdüldüyünü göstərdiyini yazıb.

Görüntülər qısa zamanda sosial mediada viral olub və minlərlə baxış toplayıb.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.