Türkiyədə 40 kiloluq gəlinliklə hərəkət edə bilməyən gəlin sosial şəbəkədə gündəm olub.
Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə Türkiyədə keçirilən toy mərasimlərindən birinə aid görüntülər geniş müzakirəyə səbəb olub.
Kadrda cəmi 47 kiloqram çəkisi olan gəlinin 40 kiloluq ağır gəlinlik geyindiyi görünür.
Ağır libas gəlinin hərəkət etməsini xeyli çətinləşdirib. Hətta görüntülərdə onun yorğunluq və ağırlıq səbəbindən yerə çökərək oturduğu anlar da əks olunub.
İzləyicilər gəlinliyin çəkisini "həddindən artıq" adlandıraraq müzakirələrə başlayıblar. Bəziləri gəlinin belə bir libası daşımasının çətinliyinə diqqət çəkib, digərləri isə bu seçimin toy hazırlıqlarında bəzən həddən artıq şou məqsədi güdüldüyünü göstərdiyini yazıb.
Görüntülər qısa zamanda sosial mediada viral olub və minlərlə baxış toplayıb.
Hüseyn
Milli.Az