Texnologiya

Bədən həratətini ölçən proqram hazırlandı - YENİLİK

28 İyun 2023 23:16
Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaşinqton Universiteti smartfon vasitəsilə bədən istiliyini ölçməyə imkan verən "Fever Phone" adlı unikal proqram hazırlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, proqramda əksər smartfonlarda olan, cihazın daxili temperaturunu izləmək üçün nəzərdə tutulmuş daxili temperatur sensorlarından istifadə edilib.

Onun iş prinsipi bundan ibarətdir ki, sensorlar dərinin ekranla təması zamanı istilik ötürülməsini qeydə alır. Ölçmə proseduru üçün istifadəçi proqramı işə salmalı və cihazı kənarlarından tutaraq 90 saniyə ərzində smartfonun ekranını alnına bərkitməlidir. Tətbiq avtomatik olaraq ölçmənin başlanğıcını və sonunu təyin edəcək və nəticəni ekranda göstərəcək.

"Fever Phone" məlumatları emal etmək və smartfonun daxili və xarici temperaturunu ayırd etmək üçün neyron şəbəkəsindən istifadə edir. Alimlər təcili yardım otağında qızdırması olan 37 xəstə üzərində təcrübə aparıblar.

Proqramın ölçmələri adi bir termometr ilə müqayisə edilib və tədqiqat göstərib ki, tətbiq klinik cəhətdən məqbul səviyyədə olan cəmi 0,23 dərəcə Selsi orta xəta ilə yüksək dəqiqlikdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.