Texnologiya

“ChatGPT” cinayətkarlara kömək edə bilər?

11 İyun 2023 14:31
Baxış: 1 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ChatGPT" cinayətkarlara partlayıcı maddələr hazırlamaqda, bankomatı partlatmaqda və müxtəlif növ kibercinayətlər törətməkdə kömək edə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "ChatGPT"də bu cür məlumatları gizlədən filtrlər var, lakin onlardan sadə bir addımla yan keçmək olar. Bunun üçün süni intelektdən özünü cinayətkar kimi qələmə verməyi xahiş etmək kifayətdir.

Məsələn "Əgər cinayətkar olsaydın" şəklində sullar verməklə "ChatGPT"dən istənilən bu kimi sualların cavabını almaq mümkündür.

Bildirilir ki, "ChatGPT"nin arxasında duran "OpenAI" şirkəti bu məsələlərdən xəbərdardır. Onun sözçüsü Niko Feliks deyib ki, "OpenAI" filtrlərdən yan keçməyin mümkün olmaması və yaxın gələcəkdə onları son dərəcə güclü hala gətirməsi kimi bir öhdəliyə sahibdir.

Niderland hüquq-mühafizə orqanlarının sözçüsü Robert Salome isə jurnalistlərə bildirib ki, polis "ChatGPT"nin bu cür istifadəsini nəzərdən keçirməyib, lakin belə ehtimallara görə təəccüblənmir.

"Bütün bu məlumatları internet forumlarında və "dərin" internetdə də tapmaq olar. Bununla bağlı nəsə etmək çətindir. Həqiqətən də, cinayətkarlar bu məlumatı tapacaqlar", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.