Həkim-travmatoloq: Piyada gəzinti dayaq-hərəkət sistemini və qan dövranını yaxşılaşdırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gündəlik təkrarlanan yürüş yüngül idman növlərinə aiddir və sağlamlığın qorunmasında ciddi rola malikdir. Piyada yürüş bütün yaş qrupları üçün vacib hesab edilir. Orqanizmi tam sağlam və gəzintiyə əks-göstərişi olan xəstəliklərdən əziyyət çəkməyənlər sutkada ən azından 5-7 min addım atmalı, təxminən 5 kilometrə qədər piyada gəzməlidirlər. Bu, dayaq hərəkət sisteminin möhkəmlənməsi, əzələ kütləsinin artması, xüsusən oynaq ətrafı əzələlərin güclənməsi və oynaqların aktivləşməsi üçün çox vacibdir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-travmatoloq Ramil Rzayev gündəlik gəzintinin orqanizm üçün faydalarından danışıb.
Həkim-mütəxəssis bildirib ki, hər gün piyada gəzmək imkanı olmayanlar heç olmasa periodik olaraq, günaşırı yürüş edə bilərlər: "Piyada gəzmək təkcə dayaq-hərəkət sistemini gücləndirmir, digər orqanların da funksiyasının zəifləməsinə mane olur. Nəzərə almaq lazımdır ki, günün istənilən vaxtında çıxıb gəzmək olmaz, yürüşün də öz zamanı və tərzi var. Yürüş üçün ən ideal vaxt yeməkdən ya 1,5-2 saat əvvəl, ya da sonradır".
R.Rzayev, həmçinin yürüşün templəri barədə də danışıb. Qeyd edib ki, yürüşün yavaş, orta, sürətli və çox sürətli templəri var: "Yavaş yürüş çox da faydalı hesab edilmir, çünki bu, əzələ kütləsinin toplanmasına və qan dövranının yaxşılaşmasına çox da təsir göstərmir. Lakin saatda 3-4 kilometr olmaqla tətbiq edilən orta templi yürüş olduqca faydalıdır. Sürətli və çox sürətli templi piyada gəzinti isə sağlam orqanizmlər üçün nəzərdə tutulub. Ona görə də yürüş tempi fərdi qaydada təyin edilməlidir və təyinat həmin şəxsin fiziki vəziyyətinə əsasən aparılmalıdır".
Həkim-travmatoloqun dediyinə görə, yürüş edərkən geyim, xüsusilə ayaqqabını düzgün seçmək lazımdır: "Düzgün seçilməyən ayaqqabı ilə uzun müddət yerimək faydadan çox zərər verə bilər. Bu, xüsusən yastıpəncəlilər üçün daha zərərlidir. Yürüş ayaqqabısı rahat, yüngül və ortopedik içlikli olmalıdır. Onu da qeyd etmək lazımdır ki, piyada gəzmək, həmçinin qan dövranını da yaxşılaşdırdığı üçün stresi azaltmağa kömək edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb





