Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub.
Milli.Az xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütün xərçəng xəstəliklərinin 12 faizi infeksiyalarla əlaqəli olub. Bu, təxminən 2,3 milyon yeni xərçəng hadisəsi deməkdir.
Məlumata görə, bu halların demək olar ki, hamısının yaranmasında beş əsas patogenin rolu olub.
Ən çox xərçəng hadisəsi "Helicobacter pylori" adlı mədə bakteriyası ilə əlaqələndirilib. Bakteriya 2024-cü ildə qeydə alınan bütün xərçənglərin 4 faizində, yəni 760 min hadisədə rol oynayıb.
Dünya əhalisinin təxminən yarısında rast gəlinən "H.pylori" əksər insanlarda heç bir əlamət yaratmır. Lakin infeksiyanın bəzi növləri mədə xorası və mədə xərçənginə səbəb ola bilər.
İkinci əsas amil isə insan papilloma virusu (HPV) olub. Virus 2024-cü ildə qeydə alınan yeni xərçəng hallarının 4 faizi, yəni 750 min hadisə ilə əlaqələndirilib.
Araşdırmada hepatit B virusunun (HBV) yeni xərçəng hallarının 2 faizi, Epstein-Barr virusunun (EBV) 1 faizi, hepatit C virusunun (HCV) isə 1 faizdən azı ilə əlaqəli olduğu müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, bu infeksiyaların vaxtında aşkarlanması, müalicəsi və qarşısının alınması dünyada xərçəng hallarının sayının əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər.
Araşdırmanın baş müəllifi Harriet Rumgay bildirib ki, yenilənmiş məlumatlar xərçəngin qarşısının alınması strategiyalarında infeksiyalara nəzarətin əhəmiyyətini göstərir.
Mütəxəssislərin sözlərinə görə, bir sıra xərçəng törədən infeksiyalara qarşı vaksinlər, diaqnostik vasitələr və müalicə üsulları artıq mövcuddur.
İnfeksiyalarla əlaqəli xərçənglərin təxminən dörddə üçü aşağı və orta gəlirli ölkələrdə qeydə alınıb.
2024-cü ildə bu növ xərçənglərin 42 faizi Şərqi Asiyada aşkarlanıb. Bölgədə əsas əlaqəli infeksiyalar "H. pylori" və HBV olub.
Tədqiqatçılar xüsusilə HPV və HBV-yə qarşı peyvəndləmənin genişləndirilməsinin xərçəng hallarının azalmasına təsir göstərə biləcəyini bildiriblər.
Bununla yanaşı, "H. pylori" və EBV ilə bağlı effektiv profilaktik vasitələrin hazırlanmasında hələ də ciddi boşluqların olduğu qeyd edilib. EBV-yə qarşı peyvəndlərin hazırlanması üzrə isə bir sıra klinik sınaqlar davam edir.
Müəlliflər xərçəngin yaratdığı iqtisadi və sosial yük nəzərə alınmaqla, infeksiyaların qarşısının alınmasına yönəlmiş tədbirlərə investisiyaların artırılmasının vacib olduğunu vurğulayıblar.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)
-
FIFA prezidenti Bakıya gəlib
-
Cabir İmanovun vəfatından bir il ötür... - (Foto)
-
Hansı rayonların icra başçısı yoxdur?
-
Bakıda sərnişinin üzərindən 4 milyon manatlıq brilyant çıxdı
-
Dənizdə batdığı ehtimal edilən 3 nəfərdən xəbər yoxdur - Axtarışlar davam edir
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı





