Bu içki qaraciyəri qoruyurmuş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir.
Milli.Az musavat.com-a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birində qaraciyər yağlanması müşahidə olunur. Qaraciyər yağlanması nəzarətsiz qaldıqda metabolik sindrom, diabet, sirroz və qaraciyər xərçəngi kimi ciddi xəstəliklərə yol aça bilər.
Mütəxəssisin qeyd etdiyi araşdırmalara əsasən, gündə 3-4 fincan qəhvə qəbul edən insanlarda qaraciyər fermentləri olan AST, ALT və GGT göstəricilərinin aşağı düşdüyü, qaraciyər sərtliyinin azaldığı, sirroz və qaraciyər xərçəngi riskinin isə aşağı düşə bildiyi müşahidə olunub.
Qəhvənin bu təsirində antioksidant xüsusiyyətləri və qaraciyərdə detoksifikasiya proseslərində iştirak edən fermentlərə təsiri rol oynaya bilər.
Qəhvənin tərkibində kofeinlə yanaşı kafestol, kahveol və xlorogen turşu kimi çoxsaylı maddələr var. Mütəxəssis xlorogen turşunun antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu bildirir.
Məlumata görə, qəhvənin tərkibində B qrup vitaminləri, kalium, maqnezium, manqan və sink kimi müxtəlif vitamin və minerallar da mövcuddur.
Mütəxəssis qəhvənin faydasının miqdarından asılı olduğunu vurğulayır. Avropa və ABŞ qida qaydalarında sağlam yetkinlər üçün gündəlik kofein qəbulunun 400 mq-dan çox olmaması tövsiyə edilir.
Həddindən artıq kofein qəbulu ürəkdöyünmə, təzyiq yüksəlməsi, əllərdə titrəmə, baş ağrısı, narahatlıq, əsəbilik və mədə ağrısına səbəb ola bilər. Axşam saatlarında qəhvə içmək isə yuxu problemləri yarada bilər.
Mənbədə həmçinin gündə 2-3 fincan qəhvənin Parkinson və Alzheimer xəstəliklərinə qarşı qoruyucu təsir göstərə biləcəyinə dair araşdırmaların olduğu qeyd edilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)
-
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - (Video/Foto)
-
Lənkəranda kütləvi zəhərlənmə - 11 nəfərin 3-ü azyaşlıdır
-
Monteneqro Prezidenti Azərbaycana səfər edəcək
-
Paşinyan ayaqqabısını geyinə bilmədi - (Video)
-
Hakimi təhqir etdilər, 4 oyunluq cəza aldılar - AFFA-dan qərar
-
Aslan Fətullayev dəfn edildi - (Yenilənib)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edir - (Foto)
-
Rusiyada polkovnikə qarşı sui-qəsdin detalları - Bomba hava şarı ilə göndərilib
-
Pavel Durov: “Hazırda 140 övladım var, 400-ə çatdıracağam"





