Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycana qarşı ağır cinayətlər törətməkdə ittiham edilən, hazırda xaricdə olan şəxslərin gələcəkdə məsuliyyətə cəlb edilməsi mümkündür. Bu istiqamətdə digər dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq aparılır.
Milli.Az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.
"Söhbət yalnız həmin şəxslərdən getmir. Ümumilikdə beynəlxalq hüquq çərçivəsində əlaqələr və digər dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq çox vacibdir, konkret fayda verir. Qeyd etdiyiniz kateqoriyadan olan şəxslərin indi və ya gələcəkdə cinayət məsuliyyətinə cəlb edilməsi də mümkündür. Hesab edirəm ki, bu istiqamətdə müvafiq işlər aparırıq", - deyə o bildirib.
Baş prokuror qeyd edib ki, sözügedən şəxslərin bir qismi artıq məsuliyyətə cəlb olunub. O, həmin məhkəmə prosesinin keçirilməsini torpaqların azad edilməsindən sonra yaranmış şəraitlə əlaqələndirib.
"Bəli, həmin kateqoriyadan olan şəxslərin bir qismi məsuliyyətə cəlb edilib. Xüsusi qeyd etməliyəm ki, Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, Ali Baş Komandan kimi torpaqların tam azad edilməsinə və bu qələbəyə nail olunmasına rəhbərlik etməsi həmin məhkəmə prosesinin keçirilməsinə imkan yaradıb", - deyə Kamran Əliyev bildirib.
Baş prokuror istintaqın və məhkəmə prosesinin aparılmasının mövcud şəraitdən də asılı olduğunu söyləyib:
"Hüquq elmində "istintaq situasiyaları" anlayışı var. Bu o deməkdir ki, istintaqın taktikası və gedişatı, eləcə də məhkəmə prosesinin aparılması cəmiyyətdə yaranmış müəyyən şəraitdən asılı olur.
Qarabağ münaqişəsi başlayandan bəri prokurorluq əməkdaşları uzun müddət ərzində sübutlar toplamışdılar. Bu iş həm əvvəlki, həm də sonrakı dövrlərdə çalışan əməkdaşlar tərəfindən aparılmışdı. Sübut bazası mövcud idi, lakin həmin sübutlardan istifadə etmək üçün münbit şərait yox idi".
Kamran Əliyevin sözlərinə görə, hərbi əməliyyatlardan sonra toplanmış sübutlardan istifadə etmək və şəxsləri məsuliyyətə cəlb etmək imkanı yaranıb. O, cinayət işi üzrə axtarışda olan digər şəxslərin də gələcəkdə məsuliyyətə cəlb ediləcəyinə ümid etdiyini bildirib.
"Bildiyiniz kimi, həmin cinayət işinin axtarışda olan digər iştirakçıları da var. Ümid edirəm ki, onların da gələcəkdə məsuliyyətə cəlb edilməsi mümkün olacaq", - deyə o qeyd edib.
Baş prokuror başqa dövlətlərin təcrübəsinə də toxunub. Onun sözlərinə görə, bəzi ölkələrin hüquq-mühafizə orqanları hərbi cinayətlərlə bağlı sübutlar toplasalar da, həmin sübutlardan məhkəmə prosesində istifadə etmək üçün şəraitləri yoxdur.
"Başqa dövlətlərdə də belə cinayətlər baş verib. Konkret ölkə adı çəkmək istəmirəm, amma yaxın ətrafımıza nəzər salsaq, görərik ki, həmin dövlətlərin hüquq-mühafizə və prokurorluq orqanları hərbi cinayətlərlə bağlı çoxlu sübut toplayıblar. Lakin onların bu sübutlardan istifadə etmək və müvafiq məhkəmə proseslərini keçirmək üçün imkanları və şəraitləri yoxdur", - deyə Kamran Əliyev əlavə edib.
Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin Trend Beynəlxalq İnformasiya Agentliyinə və Real televiziyasına verdiyi birgə müsahibə sentyabrın 30-u saat 21:00-da yayımlanacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Hava ilə bağlı son məlumat
XƏBƏR LENTİ
-
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun
-
Həbsdən çıxan Səlim Müslümovun yeni işi bəlli oldu
-
Bu şəxslərə pul ödənildi - 188 min nəfəri əhatə edir
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat





