Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı manat məzənnəsinin 2017-ci aprel ayından etibarən stabil qaldığını və yaxşı ticarət balansımızın olduğunu bildirib. Milli valyutanın məzənnəsi maliyyə stabilliyinin gücləndirilməsi baxımından vacib meyarlardandır. Bu baxımdan, məzənnə siyasəti makro-iqtisadi stabilliyin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Növbəti dövrdə manatın məzənnəsi necə dəyişəcək? Devalvasiya riski tam aradan qalxıbmı?
Milli.Az xəbər verir ki, deputat Vüqar Bayramovun sözlərinə görə, Milli valyutanın məzənnəsinə ən çox təsir göstərən faktor ölkəyə daxil olan valyutanın həcmidir. Neftin dünya bazar qiyməti isə Azərbaycanın tədiyyə balansına ən çox təsir göstərən tarazlıq olaraq qalmaqdadır.
V.Bayarmov qeyd edib ki, yüksək neft qiymətləri və eləcə də qeyri-neft ixracatındakı artımlar 2026-cı ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldonun qorunub saxlanmasına imkan yaradıb:
"2026-cı ilin ilk 7 ayında Azərbaycan ixracatı nominal ifadədə 39 faiz, real ifadədə isə 11 faiz artaraq 20.1 milyard dollara çatıb. Qeyri neft-qaz ixracatında isə daha yüksək artım qeydə alınıb: 2 dəfə. Bu müddətdə Azərbaycan 5.9 milyard dollarlıq qeyr neft-qaz məhsulları ixrac edib. Digər mühüm məqam idxalda azalmanın qeydə alınmasıdır. Azərbaycan idxalı 43 faiz azalaraq 9.8 milyard dollara düşüb. Bu həmin dövrdə 10 milyard dollardan çox müsbət ticarət saldonun yaranması deməkdir. Göründüyü kimi, 2026-cı ilin geridə qalan aylarında xarici ticarət və eləcə də tədiyyə balansındakı müsbət dinamika valyuta bazarındakı tarazlığı qoruyub saxlamağa imkan yaradıb".
Deputat bildirib ki, digər tərəfdən, Mərkəzi Bank dollara tələbin azalması səbəbindən strelizasiya tədbirləri ilə valyuta ehtiyatlarını artıra bilib. 2026-cı ilin ilk 9 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard dollar artıb. 2025-ci ili 11.5 milyard dollar ehtiyatlar ilə başa vuran Mərkəzi Bankın hazırda 15.3 milyard dollar rezervləri var. Bu ilin geridə qalan dövründə Mərkəzi Bankın valyuta ehtiyatları hər ay əvvəlki aya nisbətən artıb:
"Mövcud rəqəmlər valyuta bazarındakı tarazlığı qorumağa imkan yaradır. Bununla belə, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün orta və uzun müddətli dövrdə manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı müğənni tanınmaz halda: 28 kilo arıqladı - (Video)
-
Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? - AQC rəsmisindən açıqlama
-
İrandan Almaniyaya gedən yükdə 29 kiloqram metamfetamin aşkarlandı
-
5 günlük tətil başlayır
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Hava kəskin dəyişir - Temperatur 10 dərəcəyədək enəcək
-
Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı
-
Eduard Məmmədov Avropa çempionu oldu, Fuad Zeynalov finalda uduzdu - (Foto)
-
Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
-
Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir - (Foto)
-
Qvardiolanın yeni iş yeri bəlli oldu
-
Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - (Video/Foto)
-
Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxdı
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Stilist Anarın Bülent Ersoyla təyyarədəki görüntüsü gündəm oldu - (Video)
-
Qriqori Lepsin keçmiş sevgilisi azərbaycanlı iş adamı ilə evlənir: Nazir müavininin oğludur - (Foto)
-
Məktəb müəllimi universitet müəllimindən daha çox maaş alır - Deputat
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
-
Fəxriyyə Xələfova: "Falçı yanında olmuşam"
-
Rumıniyada kimya kompleksində xlor sızması baş verib, 260 nəfər təxliyə edilib
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz





