Dünya

Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)

29 Sentyabr 2026 11:00
Baxış: 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çinin dövlət başçısı Si Cinpinin ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampla görüşü zamanı maraqlı görüntülər qeydə alınıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-yə üç günlük rəsmi səfərə gedən Si Cinpin Ağ Evdə Melaniya Trampla ayaqüstü söhbət edib.

Söhbət zamanı Si Cinpinin həyat yoldaşı Pen Liyuan onların yanına yaxınlaşıb. O, Çinin dövlət başçısının kürəyinə toxunaraq söhbətə müdaxilə edib.

Bundan sonra Si Cinpin istiqamətini dəyişərək Melaniya Trampla söhbətini yekunlaşdırıb.

Sözügedən an kameralara düşüb və görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.