Sağlamlıq

Mütəxəssis: “COVID-19 normal qrip virusuna çevriləcək”

1 Sentyabr 2021 20:02
0 Şərh     Baxış: 1 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dünyadan COVID-19 xəstəliyi təmizlənməyəcək, normal qrip virusuna çevriləcək".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, terapevt Zakir Quliyev "COVID-19-un ev şəraitində müalicəsi" mövzusunda çıxışında deyib.

O bildirib ki, çünki virus tez-tez mutasiyaya uğrayır və peyvəndlər bu xəstəlik üzərində tam hakim ola bilməz: "Peyvənddən sonra koronavirusa yoluxma qeydə alınır. Əvvəldən qeyd edilmişdi ki, vaksin insanı xəstəlikdən 100 faiz qorumayacaq. Amma klinikada yatan xəstə sayları azalıb.Yoluxanlarla xəstəxanaya yatanlar arasında inanılmaz fərq var. Xəstəxanaya yerləşənlərin çoxu vaksin olunmayan şəxslərdir".

Həkim qeyd edib ki, yoluxmaların artması insanları qorxutmasın: "Bu say çox olsa da, indi xəstəlik vaksin olunan insanlarda yüngül gedir. Peyvənd vurdurmayanlarda isə xəstəlik eynidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.