Sağlamlıq

Koronavirusun CİDDİ FƏSADLARI aşkarlandı: Hər 50 nəfərdən biri...

9 Aprel 2021 21:15
Baxış: 1 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni növ koronavirusa (COVID-19) yoluxan hər 3 nəfərdən biri psixoloji və ya nevroloji xəstəliklərlə qarşılaşır.

Milli.Az xəbər verir ki, ABŞ-da bununla bağlı ətraflı araşdırma aparılıb.

236 min insanın daxil olduğu araşdırmaya görə, COVID-19 infeksiyasına yoluxanların 34%-də xəstəlikdən sonra altı ay ərzində nevroloji və ya psixoloji problemlər aşkarlanıb.

Bildirilir ki, bu xəstələrin 17%-nə "Anksiyete", 14%-nə "əhval pozğunluğu" diaqnozu qoyulub.

Nevroloji təsirlər daha çox COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərdə qeydə alınıb. Virusa yoluxan hər 50 nəfərdən birində beynin qan damarlarının daralması və ya tıxanması nəticəsində qan axınının azalması səbəbindən "insult" müşahidə olunub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.