Sağlamlıq

Yumurta qaynatdığımız suyun İNANILMAZ FAYDALARI

16 Yanvar 2021 15:00
Baxış: 1 982
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumurta qaynatdığımız su ev bitkilərimiz üçün faydalı ola bilər.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, alimlərin araşdırmalarına görə, yumurta suyu dibçək gülləri üçün olduqca faydalıdır.

Sudakı kalsium bitkilərin inkişafı üçün müsbət təsirə malikdir.

Məlum olduğu kimi, yumurta qabığı kalsiumdan ibarətdir. Qaynama prosesi zamanı kalsium su ilə qarışır. Mineral torpağın ph dəyərinin qorunmasına səbəb olur. Bu isə bitkilərin daha sürətlə böyüyəməsini təmin edir. Odur ki, yumurtaları qaynatdığınız suyu soyudandan sonra bir qismini bitkilərin torpağına tökün.

Əgər bitkilərə ilbiz və həşəratlar daraşıbsa, yumurta qabıqlarını əzib bitkilərin ətrafına saça bilərsiniz. Həşəratlar yumurta qabıqlarını sevməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.