Bu şəxslərin testi 3 ay pozitiv çıxa bilər - Xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusa yoluxmuş bəzi şəxslərin burun boşluğunda qalan qalıntılar səbəbindən onların verdiyi PZR testinin nəticəsi bəzən 2-3 aya qədər pozitiv çıxa bilər.
Milli.Az bildirir ki, bunu ATU-nun Tədris Cərrahiyyə Klinikasının Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov qeyd edib.
O bildirib ki, xəstə sağalıbsa və əlamət yoxdursa, testin cavabının pozitiv çıxmasından narahat olmaq lazım deyil:
"Təmas günü 0-cı gün qəbul edilərsə, PZR testi ən tez 5-ci gündə pozitiv çıxa bilər. Təmasdan 14 gün sonra isə bu testdə virusa rastlamaq ehtimalı çox azdır. Yəni 5-14-cü gün arasında PZR testinə baxıla bilər. Bu test üsulu ilə əksər hallarda 5-14-cü gündə nəticə pozitiv çıxar, amma bəzən burun boşluğundakı qalıntılar səbəbilə 2-3 aya qədər də bu baş verə bilər. Yəni əgər yoluxub sağalmısınızsa və əlamətlər yoxdursa, PZR testinin pozitivliyindən narahat olmayın".
Antitellər barədə danışan Rasim Bayramov qeyd edib ki, COVİD-19 virusuna yoluxduğu halda immun sistemi zəif olan şəxslərdə də antitel cavabı neqativ çıxa bilər:
"Antitel qanımızda olan və orqanizmimizin virusa qarşı cavabını göstərən immun sistem maddəsidir. Xəstəlik başladıqdan 1-3 həftə sonra əmələ gəlir. Antitellər bu virusla qarşılaşdığımızı göstərir.
IgM antiteli virusla son 2 həftə ərzində qarşılaşdığımızı və orqanizmin ona cavab verdiyini əks etdirir.
IgG antiteli isə orqanizmimizin bu xəstəliyi artıq keçirdiyini göstərir.
PZR COVİD-19-a xasdır və sadəcə ona yoluxanda pozitiv çıxa bilər. Halbuki antitel testi koronavirus ailəsindən olan başqa viruslara yoluxub sağaldığımızda da pozitiv çıxa bilər.
Əgər antitel cavabınız pozitiv gəlibsə, amma heç bir əlamət hiss etməmisinizsə, deməli, asimptomatik olaraq (hiss etmədən) bu xəstəliyi keçirmisiniz.
Əgər antitel testiniz neqativdirsə, deməli, bu virusla son 2 həftədə qarşılaşmayıbsız ki, orqanizminiz virusa qarşı antitel əmələ gətirməyib. Bəzi insanların immun sistemi zəif olduğu üçün koronavirusu keçirdiyi halda, antitel testləri mənfi çıxar. Sanki heç bu xəstəliyi keçirməmiş kimi olur".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
XƏBƏR LENTİ
-
“Həyatımı məhv etsə də, peşman deyiləm” - Mark Kukurelya
-
Fitnes mütəxəssisi: Məşqdən sonra bunu etmək əzələləri mum kimi əridir
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib





