Dişləri evdə tez ağartmaq üsulları - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dişlərin sağlam və gözəl qalması üçün gündə iki dəfə dişləri fırçalamaq kifayət deyil.
Milli.Az xəbər verir ki, rusiyalı terapevt Nəzir Maqomedov dişlərin gündəlik təmizliyi zamanı insanların çox etdiyi beş səhvi açıqlayıb.
Həkimin sözlərinə görə, birinci səhv dişlərin çox tez fırçalanmasıdır. Bir çox insan dişlərini tələsik təmizləyir və diqqəti yalnız gülümsəmə zamanı görünən ön dişlərə yönəldir. Belə fırçalama təxminən 30 saniyə çəkir və bu müddət keyfiyyətli təmizlik üçün kifayət etmir. Xüsusilə dişlərin daxili hissəsi və çeynəmə səthləri kariyesin ən çox yarandığı yerlərdir. Maqomedov dişləri ən azı iki dəqiqə ərzində fırçalamağı, bunun üçün mahnı, taymer və ya taymeri olan elektrik diş fırçasından istifadə etməyi məsləhət görüb. O, həmçinin dişlərin əvvəlcə xarici, sonra daxili səthlərinin, ardınca isə çeynəmə hissələrinin təmizlənməsinin vacib olduğunu bildirib.
İkinci səhv fırçalama texnikasının düzgün olmamasıdır. Bir çox insan diş fırçasını ön dişlərin üzərində üfüqi hərəkətlərlə aparır. Bu cür hərəkətlər ərpi təmizləmir, sadəcə yayır və diş dibindəki minanı zədələyir. Nəticədə ərp diş ətinin altına yığılır və iltihaba səbəb olur. Həkim düzgün üsul kimi fırçanı diş ətindən dişin ucuna doğru süpürmə hərəkətləri ilə aparmağı məsləhət görüb.
Üçüncü səhv çox sərt fırça və güclü təzyiqdir. Maqomedovun sözlərinə görə, sərt diş fırçası və güclü basma diş minasına və diş ətlərinə zərər verir. Bu, dişlərin soyuq və isti qidalara qarşı həssaslığını artırır, diş ətlərində qanaxma və geriləmə yaradır. Həkim orta və ya yumşaq sərtlikdə fırçadan istifadə etməyi, fırçanı çox güclə deyil, qələm kimi tutmağı, təmizliyə vaxt və texnika baxımından yanaşmağı tövsiyə edib. Fırçanın təxminən iki-üç ayda bir dəyişdirilməsinin vacibliyini də qeyd edib, çünki bu müddətdən sonra tük forması pozulur və bakteriyalar toplanmağa başlayır. Soyuqdəymədən sonra fırçanı dərhal dəyişmək məsləhətdir.
Dördüncü səhv diş aralarının təmizlənməməsidir. Fırçanın tükləri dişlər arasındakı dar boşluqlara çata bilmir və məhz orada qida qalıqları yığılır, xoşagəlməz qoxu və iltihab yaranır. Buna görə də həkim diş sapı və ya irriqatorun gündə bir dəfə, xüsusilə axşam istifadəsini vacib hesab edib.
Beşinci səhv dilin və yanaqların təmizlənməməsidir. Maqomedov bildirib ki, bu nahiyələrdə çoxlu bakteriyalar toplanır və onlar ağız qoxusuna səbəb olur. Həkim fırçaların arxa tərəfində olan dil təmizləyici səthdən və ya xüsusi qaşıyıcılardan istifadə etməyi məsləhət görüb. Dilin kökündən ucuna qədər bir neçə yüngül hərəkət kifayətdir, yanaqların və dodaqların iç hissəsini isə yumşaq dairəvi hərəkətlərlə təmizləmək olar.
Mütəxəssis əlavə edib ki, ev şəraitində aparılan diş təmizliyi bəzən bütün ərpi aradan qaldırmır. Zamanla bu ərp bərkiyərək diş daşı əmələ gətirir və onu yalnız peşəkar təmizləmə ilə aradan qaldırmaq mümkündür. Buna görə də diş həkiminə profilaktik baxışdan ən azı altı ayda bir dəfə keçmək vacibdir.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Qocalığı gecikdirən möcüzəvi çərəzlər
-
Bu məşq yuxuya getməyinizə kömək edəcək
-
Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu
-
Soyuducunuzda varsa, ölüm saçır
-
Zibil deyib atmayın, kilosu sərvət dəyərindədir
XƏBƏR LENTİ
-
Çin buna görə sürətlə inkişaf edib - (Video)
-
Ayrıldıqdan 8 ay sonra yeni sevgili tapdı - (Foto)
-
Hamiləliklə bağlı internetdə yayılan yanlış məlumatlar hansı təhlükələr yaradır? - Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
-
Bıçağın ucunda əlavə edin bəsdir, mürəbbəniz şəkərlənməyəcək
-
Pul qapıları açılır: Bu 4 bürc maddi rahatlığa qovuşacaq
-
Rəqsanənin əri ilə paylaşımı diqqət çəkdi - (Foto)
-
Maykl Cekson buna görə uşaqlarına maska taxdırıb - (Foto)
-
“Nyukasl” gürcü futbolçu üçün 47 milyon funt təklif edəcək
-
Üç bürc üçün şanslı həftə
-
Qızılın saxta olduğunu necə bilmək olar? - Zərgərdən vacib məsləhətlər
-
Sindi Kroufordun qızı: "Cinlər məni təqib edirdi"
-
54 il sonra ilk: Dünya nüvə savaşının astanasındadır...
-
Kamilə Babayevaya ağır itki
-
Şahruddin keçmiş klubuna qayıda bilər
-
Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı - Bakıda dəhşətli qətl (Foto)
-
“Qarabağ” çempionata qələbə ilə başladı
-
“Neçə nəfəri öldürdüyümü xatırlamıram” - 10 ərini öldürən iranlı qadın
-
Tramp: İranın nüvə silahına sahib olmasına heç vaxt imkan verilməyəcək
-
Şəmkirdə ağır qəza - Ölənlərin sayı 6-ya çatdı - (Yenilənib)
-
Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi
-
Müğənni Zeynəb ərə getdi - (Foto)
-
Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi
-
Rusiya Ukrayna savaşında 1,4 milyon əsgər itirib
-
Bakıda gənc müəllimi “tok” vurub öldürdü





