Sağlamlıq

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

13 May 2024 08:10
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olaraq səyahət etməkdən imtina etməlidirlər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tibb elmləri namizədi, ailə həkimi Sergey Çudakov bildirib.

O, hipertoniya, ürək-damar xəstəliyi və hipotenziyadan əziyyət çəkən şəxsləri öz sağlamlıqlarına diqqət yetirməyə və güclü maqnit qasırğası zamanı həkimə müraciət etməkdən çəkinməməyə çağırıb.

Qeyd edək ki, mayın 10 və 11-də ən güclü səviyyəli günəş partlayışları qeydə alınıb və bunun nəticəsi kimi Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.