Sağlamlıq

Kakaonun qiyməti kəskin ucuzlaşdı

8 May 2024 07:55
Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalma olub. Hazırda kakao paxlasının 1 tonu təxminən 8400 dollara təklif edilir.

Son illərdə kakaonun 1 tonunun qiyməti 2500 dollar ətrafında dəyişib. Bu ilin ilk 4 ayında isə məhsul 4 dəfədən çox bahalaşıb. Xarici KİV-də bahalaşma və kəskin ucuzlaşmanın real səbəbi barədə məlumat verilib.

"Figaro"nun əldə etdiyi məlumata görə, beynəlxalq aktorlardan biri qiyməti 20 000 dollara qaldırmaq üçün məhsulu kütləvi şəkildə almağa başlayıb. Lakin digər böyük alıcılar əksinə, bütün alışları dayandırıblar və son nəticədə may ayında ciddi ucuzlaşma qeydə alınıb. Qiymətlərin bir qədər də aşağı düşəcəyi gözlənilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.