Sağlamlıq

Pediatrdan ÇAĞIRIŞ: “Uşaqların bədənini zibil məhsullar, beynini...”

8 Fevral 2024 17:39
Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaqların bədənini zibil məhsullar, beynini telefon zədələyir. Sonra da psixoloqlarda seanslar, həkimlərdə gəzmək, dərmanlar...".

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu pediatr Aytən İsmayılzadə deyib. O, valideynlərə çağırış edərək övladlarını zərərli qidalardan uzaq tutmağa çağırıb:

"Bilsəm ki, həqiqətən valideynlər etdiyini başa düşmürlər, özümə ayıracağım vaxtdan onları öyrətməyə ayıraram. Amma görürəm ki, onların özlərinin beyni də çox yuyulub. Çünki qəbulda saatlarla danışsam da, baxışlarında dəyişiklik hiss etmirəm. Ya anlada bilmirəm, ya da anlamaq istəmirlər. Düzü, necə edək bilmirəm. Məhvə doğru gedən insan populyasiyasına acıyıram.

Hələ görün, bu gün telefon asılılığından əziyyət çəkən uşaqları nə gözləyir. Manqurt kütlə formalaşacaq. Ağzında fastfud, əlində telefon.

Necə edək? Otağımda zərərli məhsulları göstərən şəkil asmışam, lövhəyə olar-olmazları yazmışıq. Yazırıq, efirdə danışırıq".

Pediatrın fikrincə, hər pediatr otağında zərərli məhsullardan uzaq durmağı göstərən şəkillər olmalıdır.  "Məktəblərdə də paylanmalıdır. Bağça uşaqlarının isə valideynlərinə verilməlidir. Bu işdə Elm və Təhsil, Səhiyyə nazirlikləri, TƏBİB valideynin öz uşağı üçün narahat olduğu kimi narahat olmalıdır", - deyə o əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.