Sağlamlıq

Yoluxma riski yüksək olan ÖLÜMCÜL VİRUS - Cəmi səkkiz gün sonra...

19 Yanvar 2024 06:10
Baxış: 854
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin alimlərinin COVID-19-a bənzər ölümcül virusla laboratoriya təcrübələri apardığı iddia edilib.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, 2017-ci ildə aşkar edilən virusa "GX_P2V" adı verilib.

Laboratoriya təcrübəsi, beyni insan beyninə bənzəyən siçanlar üzərində aparılıb. Tədqiqatçılar həmin virusa yoluxan siçanların əhəmiyyətli dərəcədə çəki itirdiyini, letargik olduğunu və gözlərinin ağardığını müşahidə ediblər. Siçanlar virusa yoluxduqdan cəmi səkkiz gün sonra ölüb.

Ölən siçanların cəsədlərini təhlil edən alimlər virusun ağciyərlərə, sümüklərə, gözlərə, nəfəs borusu və beyinə yoluxduğunu müəyyən ediblər. Virusun yaratdığı beyin infeksiyası heyvanları öldürəcək qədər ağırdır.

Qeyd edək ki, tədqiqatçıların sözlərinə görə, bu virusun insanlara yoluxma riski var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.