Sağlamlıq

Yataqda hərəkət edəndə qarın ağrısının səbəbi

28 Dekabr 2023 21:56
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədəni hərəkət etdirəndə, uzananda, qalxanda qarında diskomfort bağırsaq xərçəngindən ola bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yelena Smirnova bağırsaq şişinin erkən simptomundan danışıb.
"Bu, adətən qarında köp, ağrılı spazm, ağrı şəklində olur.

Səbəbi naməlum, bəzən səbəbsiz ağrılar da şübhəlidir. Bədənin vəziyyətini dəyişəndə, əyri oturanda, uzananda, yeməkdən sonra qarındakı simptomlara fikir verin.

Kolorektal xərçəng zamanı nəcisdə də dəyişiklik olur. Xəstədə nəcisin forması, tezliyi dəyişir, daha nazikləşir, tünd kömür rəngi alır.

Bu kimi simptomlar 3 həftədən artıq davam edərsə, mütləq kolonoskopiyadan keçin.

Eləcə də ümumi qan analizində anemiya görülür, nəcisdə gizli qan analizi müsbət olur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.