Sağlamlıq

İstirahətsiz işləyənlərin diqqətinə!

17 Oktyabr 2023 08:08
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tromboza aparan ən sürətli və qısa yol istirahətsiz, gərgin və xüsusən oturaq peşədə işləməkdir.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anna Koreneviç qəfil ölümün səbəbi olan trombun yaranma səbəbindən danışıb.

"Biz o hallarla rastlaşırıq ki, insan qəfil ölür, çünki onda tromb qopub. Trombun yaranma səbəbi qanın qatılaşmasıdır. Qatı qan damarların divarlarına təzyiqi artıraraq hərəkət edir. Bu zaman varikoz, tromboflebit, stenokardiya və infarkt yaranır.

Tromboz əmələ gəlməməsi üçün qanı durulaşdırmaq lazımdır.

O insanlar qan qatılaşmasına meyillidir ki, onlar az hərəkət edir, pis qidalanır, oturaq işdə olur, stressdədir. Müasir insanların stressi isə həyat və işdə rutin problemlərdən olur. Ona görə arada istirahət və fasilə vermək lazımdır.

Gərgin iş rejimi tromboza kəsə yoldur. İstirahəti təxirə salanlar özünü riskə atır. Əgər siz son 1 ildir istirahətsiz çalışırsınızsa, fasilə vermək vaxtıdır", - Koreneviç qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.