Sağlamlıq

Sumqayıtda kütləvi zəhərlənmənin ilkin səbəbi: bu dərmana görə...

16 Avqust 2023 20:09
Baxış: 1 396
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumqayıt şəhərində kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Milli.Az-a bildirilib ki, avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.