Sağlamlıq

Soyuq yerdə oturan qadınların NƏZƏRİNƏ: Ginekoloji orqanlar...

8 Mart 2023 07:32
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox qadınlar əmindirlər ki, soyuq yerdə oturmaq qadın sağlamlığına, ginekoloji orqanlara, o cümlədən sidik sisteminə zərər verir.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, ginekoloq Anastasiya Sokolovskaya müsahibəsində bildirib ki, soyuq yerdə oturmaq qadınlara səthi problemlər yaşada bilər.

Əgər qadın sağlamdırsa, belə halda soyuq yerdə oturmaqla, qazanılan soyuqdəyməylə orqanizm tez mübarizə aparır və sağalır.
Uşaqlığı, yumurtalıqları və ya sidik kisəsini soyuqlatmaq deyə xəstəlik yoxdur.

Ginekoloq bildirdi ki, sistit və digər xəstəliklər çanaq orqanlarında o zaman əmələ gəlir ki, orqanizmə viruslar daxil olsun.

Əgər bu viruslar artıq orqanizmdə vardısa soyuq yerdə oturmaqla həmin o virusları və xəstəlikləri daha da kəskinləşdirmək olar. Çünki soyuq yerdə oturmaq immuniteti aşağı salır, bu səbəbdən digər xəstəliklər baş qaldırır və ya kəskinləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.