Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 590 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 645 301, ölənlərin sayı isə 16 698 nəfərə çatıb. Virusa yoluxanlardan 1 611 688 nəfərin sağaldığı bildirilib.
Milli.Az